Events

AZƏRBAYCANIN ZƏFƏR GÜNÜ 🇦🇿

Zəfər Günü münasibətilə Azərbaycanın Yunanıstandakı Səfirliyində rəsmi tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Arif Məmmədov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətinə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, 44 günlük Vətən müharibəsinin nəticələrinə, xalqımızın birliyinə və bu Zəfərin əldə olunmasında şəhidlərimizin misilsiz fədakarlığına toxunub.

Tədbirdə Azərbaycan–Yunanıstan Assosiasiyasının sədri Jalə İsgəndərova da çıxış edərək Zəfər Gününün hər bir azərbaycanlı üçün daşıdığı dərin mənəvi və tarixi əhəmiyyəti vurğulayıb. O, xüsusilə Vətənindən uzaqda yaşayan azərbaycanlıların bu tarixi Zəfər ətrafında nümayiş etdirdiyi birlik və həmrəyliyə, diasporun milli dəyərlərin və tarixi yaddaşın qorunmasında roluna, eləcə də Zəfər tarixinin gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib.

Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, birliyinin və Vətənə bağlılığının təcəssümüdür. Bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün də xüsusi məna daşıyır.

Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Zəfər Günümüzü qürurla qeyd edirik.

Zəfər Günümüz mübarək, Azərbaycan! 🇦🇿

#ZəfərGünü #8Noyabr #Azərbaycan #Azerbaijan #8november #VictoryDay

Azərbaycan–Yunanıstan Assosiasiyasının sədri Jalə İsgəndərovanın Zəfər Günü münasibətilə videomüraciəti

Connect

Celebrating Azerbaijani Greek cultural heritage together.

Join

Explore

info@azdiaspora.gr

+30-698-2377120

© 2025. All rights reserved.